Belqorodda döyüşlər davam edir - video

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov mayın 23-də səhər saatlarında “Rusiya Könüllülər Korpusu”nun bir dəstəsinin bir gün əvvəl daxil olduğu Qrayvoronski rayonunda “təmizləmə”nin davam etdiyini bildirib.

“Müdafiə Nazirliyi hüquq-mühafizə orqanları ilə birlikdə ərazini “təmizləyir”. Müvəqqəti olaraq evlərini tərk edən Qrayvoronski sakinləri hələlik evlərinə qayıda bilməzlər”, - Qladkov yazıb.

Belqorod qubernatorunun sözlərinə görə, döyüşlər zamanı iki mülki şəxs yaralanıb, təxliyə işləri zamanı isə 1941-ci il təvəllüdlü qadın ölüb.

Qladkov həmçinin bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Eyni zamanda, Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak “BBC”yə açıqlamasında qeyd edib ki, Rusiya vətəndaşları Belqorod vilayətində reyddə iştirak edir. Ukrayna tərəfindən ruslardan ibarət bu silahlı dəstələrinin yaradılmasında və fəaliyyətində iştirakı ilə bağlı suala Sak birbaşa cavab verməkdən imtina edib. 

“Biz tam əminik ki, bu hücumların arxasında öz ölkələrinin terror rejiminin hərəkətlərindən təngə gələn Rusiya vətəndaşları dayanır”, - deyə Sak bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ