Paşinyan tezliklə Azərbaycanla sülh istəyir

İrəvan Bakı ilə tezliklə sülh sazişi imzalamağa ümid edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Paşinyanın sözlərinə görə, sülh sazişi ətrafında intensiv danışıqlar gedir: “Biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imza atacağımıza ümid edirik”.

O əlavə edib ki, Ermənistan hökuməti regionda gərginliyi azaltmağın yeganə yolunu sülh gündəminin irəli sürülməsini hesab edir.

Paşinyan həmçinin bəyan edib ki, “Ermənistan və Azərbaycan qoşunlarının eyni zamanda geri çəkilməsini 1975-ci ildə SSRİ Baş Qərargahının təsdiq etdiyi xəritələrə uyğun olaraq həyata keçirilməlidir ki, bu da sabitliyə zəmanət verəcək”.

Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılmasına dair sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib. Eyni zamanda, o qeyd edib ki, bu görüş zamanı Bakı ilə sülh müqaviləsinin imzalanması ehtimalı azdır.

Paşinyanın sözlərinə görə, Ermənistanın Aİ və ABŞ ilə gündəmində Rusiyanın regiondan sıxışdırılmasından söhbət getmir:

“Biz onlarla yalnız regional təhlükəsizlik məsələlərini müzakirə edirik. Ermənistan tərəfi Qərbdən Rusiyanı qovmaq və ya onunla münasibətləri kəsmək lazım olduğuna dair heç bir siqnal almayıb. Düşünürəm ki, biz heç vaxt belə siqnallar almayacağıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ