“Vaqner”in yaradıcısı Yevgeni Priqojin şirkətin döyüşçülərinin cəbhə xəttini tərk edəcəklərini bildirib.
“Nəzarətə götürəcəyimizə söz verdiyimiz bütün əraziləri son kvadrat santimetrə qədər ələ keçirdik. Biz Xromovoya getməyəcəyik”, - Priqojinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Şirkət rəhbəri bildirib ki, “Vaqner” Baxmutdakı mövqeləri Rusiya Müdafiə Nazirliyinə təhvil verir və döyüş zonasını tərk edir.
“İyunun 1-dən biz yenidən təşkil edilmə, yenidən təchizat və əlavə təlim keçməyincə heç bir “Vaqner” döyüşçüsü ön cəbhədə olmayacaq”, - deyə o bildirib.