Ukrayna ordusu Baxmutda irəliləyib - video

Ukrayna qoşunları Baxmutun cənub-qərb hissəsində bir neçə yaşayış binasını nəzarətdə saxlayır. Bu barədə telemarafonun efirində Ukrayna ordusunun şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı danışıb.

“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı saxlayırlar. İtki riski az olan yerdə bölmələrimiz düşmənə əks-hücum edərək irəliləməyə çalışır. Son 24 saat ərzində bəzi ərazilərdə 200 metrl irəli gedə bilmişik”, - Çerevatı deyib.

O qeyd edib ki, Baxmut rusiyalılar üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında da deyilir ki, Baxmut şəhəri uğrunda döyüşlər hələ də davam edir.

“Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir. Ötən sutka ərzində RF ordusu İvanovskoye qəsəbəsinin cənubunda itirilmiş mövqelərini bərpa etməyə cəhd göstərib. Bundan əlavə, rusiyalılar Qriqorovka istiqamətində hücum əməliyyatlarına başlasalar da, uğur qazana bilməyiblər. Baxmut və İvanovskoye ərazilərinə hava zərbələri endirilib”, - deyə hesabatında bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ