Gürcüstan prezidenti “Georgian Airways” aviaşirkətini boykot edib

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Hava Yollarının xidmətlərindən istifadə etməyəcəyini bildirib.

O, bu barədə brifinqdə jurnalistlərin suallarına cavab verərkən söyləyib.

“Mən özüm üçün “Georgian Airways” şirkətini boykot edirəm”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.

Dövlət başçısı həmvətənlərini onun boykotuna qoşulmağa çağırıb.

Qeyd edək ki, “Georgian Airways” aviaşirkəti 4 illik fasilədən sonra bu gün Rusiyaya birbaşa uçuşları bərpa edib. Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpası ölkədə birmənalı qarşılanmayıb, xüsusən müxalifətin etirazlarına səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ