Paşinyanı kənarlaşdırmaq istəyirlər?

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ilə paralel olaraq, digər müzakirələr də aparılır. Bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrə görə, “Ermənistan-Azərbaycan mümkün razılaşmasında maraqlı olan mərkəzlər, xüsusən də Qərb, sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ variantı aktiv şəkildə müzakirə edirlər.

“Bu mərkəzlər başa düşürlər ki, sənəd imzalanandan sonra Paşinyanın saxlanılması nəinki qeyri-mümkün, həm də məqsədəuyğun olmayacaq və onlar “B planı” tapmağa çalışırlar. Eyni mənbələrə görə, gələcəkdə regional proseslərdən kənarda qalmamaq üçün öz siyasi maraqlarının qorunub saxlanılması və sona çatdırılması baxımından bu gün Paşinyanın dəyişdirilməsi əsas məsələdir. Qərb qanadına bitişik olan bir neçə mümkün namizəd müzakirə olunur”, - qəzet yazır.

Erməni nəşri qeyd edir ki, “namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələri, həm də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurlar var. Moskvada da bu mövzunun müzakirə ediliyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ