Rusiya təyyarəsi 4 ildən sonra Tbilisidə endi, etirazlar başladı - Video

Bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub.

Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi hava limanında eniş edib.

Bu, etirazlara səbəb olub. Aeroportda təyyarəni “Sizə burada görməyə şad deyilik”, “Rusiya təyyarəsi, get…” və s. plakatlarla qarşılayırlar. Hüquq-mühafizə orqanları əməkdaşları etirazçıları gəliş zalının girişinə buraxmır.

Tbilisinin mərkəzində də etirazçılar toplaşmaqdadır. Onların əllərində Ukrayna, Gürcüstan və Avropa Birliyinin bayraqları var.

Gürcüstan Prezidenti Salome Zurabişvili bunu arzuolunmaz uçuş adlandırıb. “Gürcüstan xalqının müqavimətinə baxmayaraq, Rusiya Tbilisidə arzuolunmaz uçuş həyata keçirdi”, - o tviterdə yazıb.

Qeyd edək ki, Moskvaya uçacaq ilk Gürcüstan aviaşirkəti isə “Georgian Airways” olacaq. Moskvaya reyslər həftədə yeddi dəfə həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ