Yerli şirkətlərin səyləri ilə modernləşdirilən ilk F-16 döyüş təyyarələri Türkiyə Hərbi Hava Qüvvələri komandanlığına təhvil verilib. Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir “Twitter” səhifəsində məlumat verib.
F-16 qırıcılarının modernləşdirilməsi üzrə yerli layihə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü ilə həyata keçirilib və adı “Özgür” adını alıb.
Bu layihə çərçivəsində təyyarələr radarlar, idarəetmə sistemləri, avionika və digər avadanlıqlarla dəyişdirilib ki, bu da F-16 Blok 30-un istismar müddətini 8 min saatdan 12 min saata çatdırmağa imkan verib.
Savunma sanayiimizin yerli ve milli sistemlerle ÖZGÜR’leştirdiği ilk F-16’larımızı teslim ettik.
— Ismail Demir (@IsmailDemirSSB) May 18, 2023
Bundan sonra F-16’larımız çok daha ileri kabiliyetlere sahip, modernize olmuş şekilde Hava Kuvvetlerimizin hizmetine devam edecek. Türkiye Yüzyılı’na armağan olsun! pic.twitter.com/Xf4SktldYM