Rusiyada azərbaycanlı tələbə həmyerlisini bıçaqladı

Dağıstanda 19 yaşlı tələbə 21 yaşlı sinif yoldaşını bıçaqlayıb. Bu barədə “Mash Gor” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Azərbaycandan olan hər iki tələbə pedaqoji universitetin bədən tərbiyəsi fakültəsinin ikinci kursunda təhsil alırlar. Bıçaqlanan şəxs otaq yoldaşının əlində siqaretlə fotosunu çəkib. İkinci tələbə valideynlərinin bu fotonun görməməsi üçün şəkli telefondan silməyi xahiş edib. 19 yaşlı tələbə razılaşaraq fotonu silsə də, görüntü zibil qutusunda qalıb.

Bu, ikinci tələbəni qəzəbləndirib və o otaq yoldaşına hücum edərək onu boğmağa başlayıb, sonra isə qarın nahiyyəsinə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb, cinayətkarı isə saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ