Paşinyanın oğlu özünü avtomobildən çölə atdı - video

Paşinyanın oğlunun qaçırılmasına cəhdin görüntüləri yayılıb. Kadrlarda Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür. 

Bildirilir ki, artıq Ermənistan İstintaq Komitəsi məsələ ilə bağlı adam oğurluğu maddəsi üzrə cinayət işi açıb.

Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan ictimai təşkilatının üzvlərindən biri Qarik Qaleyan isə deyib ki, Aşot Paşinyan könüllü olaraq ölən hərbçilərin valideynlərinin maşınına minib, zorakılıq olmayıb.

Onun sözlərinə görə, valideynlər təsadüfən baş nazir Nikol Paşinyanın oğlu ilə küçədə rastlaşıblar. Ölən erməni əsgərlərinin birinin anası ona Yerablur hərbi panteonuna getməyi və “atası ilə anasının nə etdiyini” görməyi təklif etdi. Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb.
O, Paşinyanın xəsarət alması ilə bağlı xəbərləri də təkzib edib:

“Gəncin özü qapını açıb, maşından atılıb qaçıb”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ