Taxıl Sazişinin müddəti uzadıldı - Ərdoğan

Qara dəniz Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə sazişin bundan sonra da problemsiz fəaliyyət göstərməsi üçün səylərini davam etdirəcək.

Ərdoğan, həmçinin əlavə edib ki, Rusiya tərəfi Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin oradan çıxması üçün əngəl olmayacağını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ