Moskva Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edib

Rusiya Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə mayın 11-12-də Ermənistan-Azərbaycan şərti sərhədində, Zod yaşayış məntəqəsində baş verən insident barədə danışarkən bildirib.

“Hal-hazırda vəziyyət sabitləşib. Biz Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq. Hesab edirik ki, bütün mübahisəli məsələlərin həlli siyasi-diplomatik metodlarla baş tutmalıdır. Biz buna hər cür yardım etməyə hazırıq, o cümlədən mayın 19-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşlərdə, hansı ki, mən artıq bunun anonsunu vermişəm”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ