İslam Kərimovun oğlu arvadını pula görə vəhşicəsinə döydü

Özbəkistanın eks-prezidenti İslam Kərimovun oğlunun saxlanılmasının təfərrüatları məlum olub. Bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, Pyotr Kərimov həyat yoldaşını pula görə döyüb. Hadisə Krasnoqorskda çoxmərtəbəli yaşayış binasında baş verib.O həyat yoldaşından Daşkəndə və hotelə biletin pulunu verməsini tələb etdiyi üçün gecə tərəflər arasında mübahisə yaranıb. Pyotrun həyat yoldaşı bildirib ki, onda tələb olunan məbləğ yoxdur. Bu sabiq prezidentin oğlunu qəzəbləndirib və o, qadına hücum edib.

Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər qadına qarının küt travması, beyin silkələnməsi və qanaxma diaqnozu qoyublar.

Kərimov polis idarəsində dindirilib və sərbəst buraxılıb. O polis bölməsindən buraxıldıqdan sonra yoxa çıxıb.

İslam Kərimov 1991-ci ildə Özbəkistanın prezidenti olub. 27 avqust 2016-cı ildə insult keçirərək xəstəxanaya yerləşdirilib. Həmin ilin sentyabrın 2-də İslam Kərimov dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ