Müdafiə Nazirliyi Ukrayna ordusunun Baxmutdakı uğurları barədə

Bir neçə gün ərzində Ukrayna Müdafiə Qüvvələri Baxmut ətrafının (Ukraynanın Donetsk vilayətindəki şəhəri) şimal və cənubunda təxminən 20 kvadrat kilometr ərazini Rusiya qoşunlarından azad edib. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Malyar vurğulayıb ki, hərbi əməliyyatların gedişi ilə bağlı məlumatlar müdafiə əməliyyatının bütün tədbirləri kompleksində nəzərə alınmalı və hadisələrin kontekstindən çıxarılmamalıdır.

“Məsələn, bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafının şimalında və cənubunda təxminən 20 kvadrat kilometr ərazini Rusiya qoşunlarından azad edib. Eyni zamanda, rusiyalılar Baxmutun özündə bir qədər irəliləyiblər. Bundan əlavə, Rusiya ordusu peşəkar desant bölmələrini şəhərə toplayır. Ağır döyüşlər müxtəlif nəticələrlə davam edir”, - nazir müavini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ