İspaniyada turist oğlunun sevgilisini zorladı və həbs edildi

Britaniyalı turist oğlunun sevgilisini hoteldə zorlamaqda şübhəli bilinərək İspaniya hava limanında həbs edilib. Bu barədə Daily Mail məlumat yayıb.

Hadisənin Maqaluf şəhərindəki hotellərdən birində baş verdiyi bildirilir. Zərərçəkənin dediyinə görə, şübhəlinin oğlu məclisdə olarkən kişi onun sevgilisinin yatdığı otağa girib. O, qızı cinsi əlaqəyə məcbur edib, bundan sonra qız qaçaraq polisə müraciət edib.

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, təqsirləndirilən şəxs tələsik əşyalarını yığıb və hoteldən çıxıbb. O, hadisədən bir neçə saat sonra İngiltərəyə uçan təyyarəyə minərkən həbs edilib. Saxlanılan şəxsin adı açıqlanmır. Onun 45 yaşı olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ