“Ölkə daxilində seçki qutularının 99%-i açılıb”.
Bu barədə məlumatı Türkiyənin Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener açıqlayıb.
Onun sözlərinə görə, ölkə daxilində 27 seçki qutusu hələ açılmayıb: “Ölkə xaricində olan 9594 seçki qutusundan isə 1529-u açılmayıb”.
Yener qeyd edib ki, yerli vaxtla 09:45-ə olan məlumata görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan səslərin 49,40, CHP sədri Kamal Kılıçdaroğlu 44,96, “ATA” ittifaqının namizədi Sinan Oğan isə 5,2 faizini toplayıb.
O, nəticələrin hesablanmasının davam etdiyini vurğulayıb.