Sandıqların 99 faizi açıldı - son nəticələr

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.

Belə ki, səsvermə qutularının 99,86%-i açılıb. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34% faiz səslə irəlidədir.

44,99% faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,23% faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ