Türkiyədə seçkilərdə səsvermə başa çatıb

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb, səslərin hesablanmasına başlanılıb. Bu barədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan öz “Twitter” hesabında məlumat verib.

“Səsvermənin yekun nəticələri məlum olana qədər biz xalqımızın iradəsini müdafiə edəcəyik”, - Türkiyə lideri bildirib.

Səsvermə bazar günü, mayın 14-də səhər saat 8:00-da başlayıb və axşam saat 17:00-a qədər davam edib. Ölkənin 81 əyalətində seçkilər keçirilib.

Prezidentliyə üç namizəd - hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, müxalifətin namizədi Kemal Kılıçdaroğlu və ATA Alyansı siyasi birliyindən Sinan Oğan mübarizə aparıb. Vətəndaşlar həmçinin 600 parlament üzvü seçiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ