Misir İsrail və Fələstini barışdırdı

Misirin fəal vasitəçiliyi ilə Qəzza zolağında yerləşən Fələstin qrupları və İsrail arasında yerli vaxtla saat 22:00-dan etibarən qarşılıqlı atəşkəs barədə razılıq əldə olunub. 

Bu barədə “Extra News” telekanalının məlumat yayıb.

Tərəflər “mülki əhaliyə hücumların və yaşayış binalarının bombalanmasının” dayandırılması barədə razılığa gəliblər.

Jurnalistlər əlavə ediblər ki, razılaşmalara əsasən, atəşkəs ilin sonuna qədər davam etməlidir.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, “Qalxan və ox” əməliyyatı başlayandan Qəzza zolağından İsrailə 400-ə yaxın raket atılıb. Onun sözlərinə görə, mərmilərin bir hissəsi yaşayış binalarına düşüb. Daha sonra İsrailin Təl-Əvivin cənubunda yerləşən Rehovot şəhərində binanın raketlə vurulması nəticəsində 5 nəfərin yaralandığı barədə məlumat yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ