Rusiyanın baş naziri Paşinyana lağ etdi - VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana lağ edib. 

Buta.media Oxu.Az-a istinadən məlumat verir ki, diplomatik etiketə uymayan kuryoz hadisə bir gün əvvəl Yerevanda baş verib.

İclas zamanı Paşinyan “ başqa sual yoxdursa, biz keçə bilərik”,- deyə Medvedevin üzünə baxaraq pauza verib. Medvedev isə gülərək “Yox. Hara keçək?” deməklə Paşinyanı çaşdırıb.

Paşinyan  ətrafdakıların gülüşündən pərt olaraq “ Sənədlərin imzalanması proseduruna”,- deyə cavab verib.

Rusiya nümayəndə heyəti bu anları gülüşlə qarşılayıb. Ermənistanda sosial şəbəkələrdə yayılmış bu videogörüntülərdə Medvedevin Paşinyanı qəsdən pərt etməsi hiss olunur.

Qeyd edək ki, Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün aprelin 29-da Yerevana səfər edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ