Rusiyada Mi-8 helikopteri və Su-34 qırıcısı qəzaya uğrayıb - video

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində qəzaya uğradığı bildirilən Mi -8 helikopteri və Su-34 qırıcı-bombardımançı təyyarəsinin havada vurulduqları məlum olub.

Bryansk vilayətinin Klintsovski rayonu ərazisində havada Mi-8 helikopterinin mərmi ilə vurulduğuna dair görüntülər yayılıb.

Daha sonra isə helikopterin vurulduğu ərazidən 40 km aralıda Su-34 hərbi təyyarəsinin vurulduğu bildirilib.

Mash-ın yaydığı məlumata görə, Bryansk vilayəti ərazisində Mi-8 və Su-34-ə hücumda iştirak edə biləcək diversantları axtarışına başlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ