Rusiyalı deputat Luqanskda yaralandı - video

Luqanskda (LXR) atışma zamanı “Vahid Rusiya” fraksiyasından olan RF Dövlət Dumasının deputatı Viktor Vodolatski yaralanıb. Bu barədə “İnterfaks” ilhaq edilmiş LXR nümayəndələrinin bəyanatına istinadən xəbər verir.

Viktor Vodolatski Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini vəzifəsini tutur. O, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsini dəstəkləyir və Aİ, ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiya siyahısındadır.

Onunla yanaşı atışma zamanı altı uşaq da yaralanıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ