Ərdoğan prezident seçilməcəyi təqdirdə nə edəcəyini açıqladı

“Seçki qutusunun nəticəsinə hörmət etməyən adamın millətə xeyri yoxdur”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

Ərdoğan jurnalistin prezident seçilməyəcəyi təqdirdə hansı addımı atacağına dair sualını cavablandırıb:

“Biz hakimiyyətə demokratik yolla gəldik. Millətimiz belə bir qərar versə, yenə də demokratiya üçün lazım olanı edəcəyik. Qutunun nəticəsinə hörmət etməyən adamın millətə xeyri yoxdur. 

“Cümhur İttifaqı” bu ölkədə demokratiyanın təminatıdır. Seçki qutusundan çıxan istənilən nəticəni legitim qəbul edəcəyik. Biz ətrafımızdakılardan da eyni öhdəliyi gözləyirik. Təəssüf ki, CHP tərəfi hər seçkidən əvvəl və sonra demokratiyaya xələl gətirəcək ritorika yaymağı bir bacarıq hesab edir. Seçki qutusu demokratiyanın şərəfidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ