Fərhad Əhmədovun sənət kolleksiyasını müsadirə edildi

Almaniyada polis sanksiyaları pozmaqda şübhəli bilinən rusiyalı iş adamının yaxtasından sənət kolleksiyasını müsadirə edib. Bu barədə Almaniyanın kriminal idarəsinə istinadən “Spiegel” nəşri məlumat yayıb.

“Spiegel” iddia edir ki, söhbət azərbaycanlı iş adamı Fərhad Əhmədovun əmlakından gedir. 

Federal Kriminal Polis İdarəsinin rəsmiləri cümə axşamı “Luna” yaxtasından bahalı sənət kolleksiyasını müsadirə ediblər.

Müsadirə edilən əşyaların ümumi dəyərinin bir neçə milyon avro olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ