Ukrayna əks-hücum üçün hazırlıqlara başladı

Ukrayna Silahlı Qüvvələri əks-hücumdan əvvəl döyüş meydanını hazırlamaq üçün əməliyyatların “formalaşdırılması”na başlayıb. Qərbin iki yüksək rütbəli hərbi rəsmisi CNN-ə bildiriblər ki, bu cür əməliyyatlara silah anbarları, komanda mərkəzləri, zirehli və artilleriya sistemlərinə zərbələr daxildir.

Onların fikrincə, bu, böyük əməliyyatlardan əvvəl standart taktikadır. Məsələn, ötən yayın sonunda Ukrayna Silahlı Qüvvələri cənub və şimal-şərq istiqamətlərində hücuma keçməzdən əvvəl hava hücumlarının köməyi ilə döyüş meydanını “formalaşdırdı”.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib ki, Ukraynanın planlaşdırılan hücumunun əsas hissəsi başlamazdan əvvəl hazırlıq əməliyyatları bir neçə gün davam edə bilər. Bundan əlavə, Ukrayna ordusunun hazırlıq hərəkətləri düşməni çaşdırmağa hesablanıb.

Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin əks-hücum əməliyyatına başlaması üçün Qərbin əlavə hərbi yardıma ehtiyacı olduğunu söylədi. “[Bizdə olanlarla] biz irəli gedə və uğur qazana bilərik. Amma çox insan itirəcəyik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Bizə hələ bir az daha vaxt lazımdır”, - deyə Ukrayna lideri BBC-yə müsahibəsində bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ