Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürüb

Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

O, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.

“Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”, - o vurğulayıb.

Xatırladaq ki, Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ