Kreml Bakı və İrəvana çağırış etdi

Rusiya Federasiyası yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını söyləyib.

Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ