Putin hərbi hazırlığa çağırış haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların hərbi təlimlərə cəlb edilməsi haqqında fərman imzalayıb. Müvafiq sərəncam hüquqi məlumatların internet portalında dərc olunub.

“2023-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində hərbi təlim keçmək üçün ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşı çağırılsın”, - sərəncamda deyilir. Fərmanda bəndlərdən biri “rəsmi istifadə üçün” nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ