Polşa rəsmən Kalininqradın adını dəyişdi

Mayın 9-da Polşada Rusiyanın Kalininqrad şəhərinin Krulevets adlandırılması ilə bağlı qərar qüvvəyə minib. Qərar aprelin 12-də Polşadan kənar Coğrafi Adların Standartlaşdırılması Komissiyası tərəfindən qəbul edilib.

Komissiya izah edib ki, Kalininqrad “Polşada ənənəvi Keniqsberq adı ilə tanınır” və “bu şəhərin hazırki rus dilində adı sünidir, nə şəhər, nə də rayonla əlaqəli deyil”.

Bundan əlavə, komissiya hesab edir ki, şəhərin polşalıların qətliamına dair qərarın verilməsində günahkar sayılan Mixail Kalinin adının verilməsi “neqativdir”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı, eləcə də xatirə qəbiristanlığına əklil qoymağa icazə verilməyən Rusiya səfiri ilə dünənki insidenti şərh edərək, Polşa hakimiyyətinin hərəkətlərini pisləyib.

“Bu artıq rusofobiya da deyil, bu, Polşada baş verən dəliliklə həmsərhəd bir prosesdir”, - deyə Kreml rəsmisi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ