“Prezident İlham Əliyev 9 may paradında iştirak etmək üçün Moskvaya getmədi. Çünki Qarabağı, Azərbaycanın maraqlarını üstün tutdu”.
Bu fikirləri jurnalist Azər Ayxan sosial şəbəkə hesabında bildirib.
“İndi paradda iştirak etmək Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmək olardı.
Bizim əksər müxalifətçilərin, qərbin demokrat adlandırdığı Ermənistanın Baş naziri Nikol Paşinyan isə dünəndən Moskvadadır, paradda ön sıralardadır.
Xalqımız və bütün dünya kimin kim olduğunu görməlidir və bundan nəticə çıxarmalıdır”, - deyə Azər Ayxan bildirib.