Ukrayna hər il mayın 9-da Avropa gününü qeyd edəcək

Ukraynada faşizm üzərində Qələbə Günü mayın 8-də qeyd olunacaq.

Müvafiq qanun layihəsi Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən Ali Radaya təqdim edilib. Prezidentin video müraciətində bildirib ki, ölkədə faşizm üzərində Qələbə Günü faşizmin təslim olduğu tarixdə - mayın 8-də qeyd ediləcək, mayın 9-nun isə Avropa günü kimi qeyd ediləcək.

“Biz Ukrayna xalqının faşizm üzərində qələbəyə töhfəsini heç vaxt unutmayacağıq. Biz heç kimin ukraynalıların, bizim xalqımızın bu qələbəyə töhfəsini silməsinə icazə verməyəcəyik. Biz müharibədə qələbənin hər hansı bir ölkənin və ya xalqın iştirakı olmadan mümkün ola biləcəyinə dair yalana da icazə verməyəcəyik. Bu gün mən müvafiq fərmanı imzaladım və hər il Mayın 9-da biz tarixi birliyimizi – faşizmi məhv edən avropalıların birliyini və nasizmin məğlubiyyətini qeyd edəcəyik. Birlik sülhü daha da yaxın edir. O zaman biz pis niyyəti məğlub etdiyimiz kimi, biz indi də birlikdə bənzər pis niyyəti məhv edirik. Təəssüf ki, pis niyyət qayıdıb. Baxmayaraq ki, təcavüzkar indi fərqlidir, onun məqsədi eynidir – kölələşdirmək və dağıdıcılıq. O zaman biz xalqların birgə gücünə inandığımız kimi, indi də biz pis niyyətə qarşı azad dünya ilə, azad Avropa ilə mübarizə aparırıq”, - Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ