Rusiya ordusu Ukraynaya PUA-larla hücum edib

Mayın 8-nə keçən gecə Rusiya qoşunları PUA-larla Ukrayna ərazisinə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin HHQ-nin komandanlığı bildirib ki, “Şahed-136” pilotsuz təyyarələri Bryansk vilayətindəki Seşça aerodromundan buraxılıb. Onların məqsədi Kiyev və Kiyev vilayətindəki obyektlər olub. Ukrayna Hərbi Hava Qüvvələri 35 pilotsuz təyyarənin hamısının vurulduğunu açıqlayıb.

Öz növbəsində, Kiyev hakimiyyəti mayın 8-nə keçən gecə pilotsuz təyyarələrin hücumu zamanı 5 nəfərin yaralandığını, Svyatoşinski rayonunda avtomobillərə və yaşayış binasına ziyan dəydiyini bildirib. 

Həmçinin mayın 7-də axşam saatlarında Rusiya qoşunları Odessa vilayətinə raket hücumu həyata keçirib. Raketlər Tu-22m3 uzaqmənzilli bombardmançı təyyarələrdən buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ