Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı publisistlərin qətlinə münasibət bildirib.
Onunla müsahibəni Yahoo News dərc edib.
Budanovdan ABŞ kəşfiyyatının Daria Duqinanın qətlinin arxasında Ukrayna hökumətinin (xüsusilə Ukrayna Baş Kəşfiyyat İdarəsinin olmasa da) dayandığına dair fikirləri şərh etməsi istənilib.
“Bu mövzunu davam etdirməyək. Bu məsələni şərh edəcəyim tək odur ki, biz rusları öldürmüşük və Ukraynanın tam qələbəsinə qədər onları dünyanın istənilən yerində öldürməyə davam edəcəyik”.
Bu söhbət aprelin 24-də - yəni hələ Kremlə pilotsuz təyyarə hücumundan və Zaxar Prilepinə sui-qəsddən əvvəl qeydə alınıb.
Budanov onu da bildirib ki, Rusiyanın Ukraynanın heç bir yerində ciddi hücuma keçmək imkanı yoxdur.