Rusiyanın Nijni Novqorod şəhərində siyasətçi, yazıçı Zaxar Prilepinin də olduğu Audi Q7 avtomobili partladılıb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.
İlkin məlumata görə, Prilepin ağır yaralanıb, hazırda həkimlər ona yardım edirlər. Hadisə yerində hüquq-mühafizə orqanları və xilasedicilər işləyir.
Maşında Prilepinin qızı da olub, o sağ qalıb. Eyni zamanda yazıçının şəxsi mühafizəçisi hadisə yerində ölüb.
2023-cü ilin yanvar ayında Zaxar Prilepin Ukraynadakı müharibəyə könüllü gedib. O, əvvəllər OMON-da xidmət etdiyi üçün - 1994-1999-cu illərdə - Rusiya Qvardiyası ilə müqavilə imzalayıb.