Rusiya bütün gücü ilə 9 maya qədər Baxmutu ələ keçirməyə çalışır - Malyar

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqram kanalında yazıb ki, Rusiya bütün gücü ilə mayın 9-dək Baxmutu ələ keçirməyə çalışır. Onun sözlərinə görə, RF komandanlığı bunun üçün cəbhənin digər istiqamətlərindən vaqnerçiləri Baxmut istiqamətinə çəkir.

Malyarın fikrincə, rusiyalılar Baxmutu ələ keçirmək üçün hazırda şəhər istiqamətində döyüşən desantçıların hücum dəstələrini muzdlularla əvəz edir.

“Döyüşçülərimiz düşmənə müdafiəni yarmağa imkan vermir. Bundan əlavə, Ukrayna artilleriya atəşi “Vaqner”in döyüş sursatı anbarlarını məhv edib”.

Bundan əvvəl “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin bəyan edib ki, mayın 10-da o, muzdlularını Baxmutdakı mövqelərdən çıxararaq (vəzifələrini) Rusiya Müdafiə Nazirliyinin qoşunlarına təhvil verəcək.

Ukrayna Silahlı Qüvvələri belə bəyanatın iki səbəbini göstərir - birincisi, vaqnerçilərin canlı qüvvəsi tükənir, ikincisi, Rusiyanın hərbi rəhbərliyində daxili qarşıdurma davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ