“Vagner”in təsisçisi Yevgeni Priqojin sosial şəbəkələrdə muzdluların cəsədləri nümayiş etdirdiyi video yayımlayaraq sursat çatışmazlığından şikayətlənib.
Priqojin qəzəbli tonda Müdafiə Nazirliyinin rəhbərliyini, şəxsən nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu lənətləyib.
“Bizdə sursat çatışmazlığı var, 70%. Şoyqu, Gerasimov... Oturmusunuz bahalı klublarda. Övladlarınız həyatda əylənirlər, YouTube-da videolar çəkirlər. Düşünürsən ki, siz bu həyatın ağalarısınız və onların həyatına sərəncam vermək hüququnuz var. Elementar hesablamalar var - sursat normasını versəniz, beş dəfə az “ölü” olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər. Bunu nəzərə alın”, - Priqojin deyib.