Pakistanda səkkiz müəllim öldürülüb

Pakistanın şimal-qərbində məktəbdə atışma nəticəsində azı 7 müəllim həlak olub. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Daha bir müəllim isə digər məktəbdə qətlə yetirilib.

Hər iki hadisə mayın 4-də Əfqanıstanla sərhədə yaxın Paraçinar şəhəri (Kürrəm rayonu) yaxınlığında baş verib.

“Reuters” yazır ki, atışma zamanı dörd müəllim və iki məktəb işçisi həlak olub. Onların hamısı müsəlman şiə olublar. Əvvəl güllələnmiş müəllim sünni müsəlmandır. 

“Əl-Cəzirə müxbirinin verdiyi məlumata görə, hücum məktəbdə ibtidai siniflər arasında imtahan keçirilməli olduğu vaxtda baş verib. 

Yerli polis bildirib ki, hələlik hücumun motivləri ilə bağlı dəqiq məlumat yoxdur: “Biz araşdırmaya başlamışıq, lakin səbəblərə hələ əmin deyilik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ