Rusiya hakimiyyətinin Kremlə pilotsuz təyyarə ilə hücumun arxasında ABŞ-ın dayanması ilə bağlı iddiaları yalandır.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O əlavə edib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda zərbə endirməyə təşviq etmir və buna imkan vermir.
Xatırladaq ki, Kremlə hücum cəhdi mayın 3-də baş verib. Rusiya hərbçiləri və xüsusi xidmət orqanları PUA-nı sıradan çıxarıb. Kreml hadisəni planlaşdırılan terror aktı və Rusiya prezidenti Vladimir Putinin həyatına sui-qəsd kimi qiymətləndirdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı hücumda iştirakda ittiham edərək cavab tədbirləri görəcəyini vəd edib.