Azərbaycanlı oliqarxın 500 milyon dollarlıq yaxtası saxlanıldı - foto

Ötən gün Almaniya polisi Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun dəyəri 230 milyon dollar olan lüks yaxtasında axtarış aparıb.

Almaniya hakimiyyəti yaxta sahibinin adını “məxfilik səbəbi ilə” açıqlamayıb. Eyni zamanda oliqarxın yaşı və 115 metrlik gəmi ilə bağlı məlumatlar mətbuata sızıb. Həmçinin bildirilir ki, həmin şəxs 2022-ci ilin aprelindən Aİ-nin sanksiya siyahısındadır və onun “Luna” yaxtası Almaniyanın şimalında saxlanılıb.

Sonradan mətbuat yaxtanın Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus olduğunu dəqiqləşdirib. Gəmidə qadağan olunmuş qiymətli əşyaların və dəbdəbəli əşyaların olub-olmadığını öyrənmək üçün Almaniya hökuməti donanma və federal təhlükəsizlik qüvvələrini cəlb edib, yaxtada artıq axtarış aparılıb.

Məlumdur ki, Almaniya hakimiyyəti Fərhad Əhmədovun vaxtilə 500 milyon dollardan çox dəyəri olan “Luna” yaxtasını həbs etmək qərarını dəyişməyib. Alman mətbuatının məlumatına görə, Federal Kriminal Polis Departamenti “həftələrlə davam edən kompleks araşdırma” nəticəsində yaxtanın Əhmədova məxsus olduğunu təsdiqləyib. Qeyd olunur ki, araşdırmanın nəticələrinə görə, gəminin həbsinə dair order qüvvədə qalıb.

Alman səlahiyyətliləri yaxtanı keçən il Aİ-nin rusiyalı oliqarxlara qarşı sanksiyalarına uyğun olaraq saxlamışdı. Bu sanksiyalar nəticəsində Əhmədovun valyuta hesabları dondurulub, Avropa İttifaqındakı aktivlərinə həbs qoyulub. İş adamı bunu rusiyalı musiqi prodüseri İosif Priqojinlə bu yaxınlarda sızan telefon danışığında etiraf edib.

Xatırladaq ki, bundan əvvəl Əhmədovun keçmiş həyat yoldaşı Tatyana London məhkəməsinin çıxardığı qərar əsasında boşanma üçün təzminat kimi yaxtanı ələ keçirməyə çalışıb. Dubayda keçirilən məhkəmə prosesi zamanı məlum olub ki, yaxta Əhmədovların “Straight Establishment” investisiya şirkətinə məxsusdur.

İş adamı keçmiş həyat yoldaşına qismən təzminat ödəməyə razılaşaraq illərlə davam edən məhkəmə çəkişmələrinə son qoyub və yaxtanı saxlaya bilib. Rusiya və Ukrayna arasında müharibə ərəfəsində, 2021-ci ilin dekabrında yaxta Dubaydan təmir üçün Almaniyanın Hamburq şəhərinə yolda düşüb. Orada müharibə başlayanda sanksiyalar fonunda gəmi Almaniya polisi tərəfindən saxlanılıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ