Müharibə İnstitutu: Kremlə hücum, çox güman ki, daxildən hazırlanmış plandır

"Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır".

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya bu hücumu müharibəni Rusiyanın daxili auditoriyasına çatdırmaq və daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün həyata keçirib. Qeyd edilib ki, bu yaxınlarda Rusiya hakimiyyəti ölkənin hava hücumundan müdafiə məkanlarını gücləndirib:

"Bu baxımdan 2 PUA-nın hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi ehtimalı azdır. Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası da onu göstərir ki, bu, əvvəlcədən hazırlanmış ssenaridir. Əgər dron hücumu hazırlanmış ssenari olmasa idi, sürpriz olacaqdı. Nəticədə Rusiyanın rəsmi reaksiyası da bu qədər mütəşəkkil olmazdı".

Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək və ya lokal miqyasda keçirmək istəyir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin mətbuat xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini bildirib.

Bizim Telegram kanalımıza abunə olun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ