Moskvada dronlardan istifadəyə qadağa qoyuldu

Mayın 3-dən Moskvada pilotsuz təyyarələrin buraxılması qadağan edilib. Bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib. Qadağanın hansı tarixə qədər qüvvədə olacağı açıqlanmayıb.

Sobyanin bildirib ki, qadağa “dövlət orqanlarının qərarlarına əsasən” buraxılan pilotsuz təyyarələrə şamil edilməyəcək.

Sobyanin açıqlamasında bildirib ki, qadağa “hüquq-mühafizə orqanlarının işinə mane ola biləcək dronlardan qeyri-qanuni istifadənin qarşısını almaq üçün” tətbiq edilib.

Meriyanın bəyanatından dərhal sonra Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti iki pilotsuz təyyarənin Kremlə hücum etdiyini açıqlayıb.

Hərbçilər və xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində dronlar sıradan çıxarılıb. 

Kreml hesab edir ki, bu “planlaşdırılmış terror aktı və Rusiya Federasiyası prezidentinin həyatına qəsddir”. Kremldə pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət “Kiyev rejimi”nin üzərinə qoyublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ