Kiyev Kremlə dronların hücumu ilə bağlı ittihamlara cavab verdi

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov mediaya verdiyi şərhdə bildirib ki, Ukrayna başqa ölkələrin ərazilərinə hücum etmir.

“Bizdə Kremlə gecə hücumları barədə məlumat yoxdur. Lakin prezident [Vladimir] Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərinin azad edilməsinə yönəldir”, - Nikiforov bildirib.

O, həmçinin Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun Kremlə pilotsuz təyyarənin hücumunu “terror aktı” adlandırmasına da münasibət bildirib. “Terror aktı Dnepr və Umanda evlərin girişlərinin dağıdılması və ya Kramatorskdakı dəmiryol vağzalına raket hücumu və bir çox başqa faciələrdir. Moskvada baş verənlər açıq-aydın vəziyyətin mayın 9-dan əvvəl gərginləşməsidir. Düşmənimizdən belə şeylər gözləniləndir”, - Nikiforov deyib.

Kremldən bildirilib ki, mayın 3-nə keçən gecə iki pilotsuz təyyarə Kremlə hücum etməyə cəhd edib. Rusiya hakimiyyəti buna görə “Kiyev rejimini” günahlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ