Ukrayna Kremlə zərbə endirdi - VİDEO

“Ukrayna gecə Kremlə zərbə endirməyə cəhd edib”.

Bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb: “İnsident nəticəsində Prezident Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.

“Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, - deyə məlumatda qeyd olunub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ