Rusiya dünyanın ən böyük müdafiə sistemlərindən birini inşa edib

Rusiya dünyanın ən böyük müdafiə sistemlərindən birini inşa edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı gündəlik icmalında bildirilir.

Xüsusilə, ilhaq edilmiş Krımın şimal sərhəddində Matveyevka kəndi yaxınlığında çoxsəviyyəli müdafiə zonası yaradılıb, Ukrayna ilə həmsərhəd olan Belqorod və Kursk vilayətlərində yüzlərlə kilometr uzunluğunda xəndəklər qazılıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatına əsasən, həm cəbhə xəttinə yaxın, həm də arxa cəbhədə genişmiqyaslı müdafiə sisteminə sərf edilən səylər, Rusiya hakimiyyətinin Ukrayna qoşunlarının böyük irəliləyiş əldə edə biləcəyindən qorxduğunu göstərə bilər.

Digər tərəfdən, icmal müəllifləri qeyd edirlər ki, Rusiyada müdafiə xətlərinin tikintisi Ukrayna və NATO-nun ölkəyə “hücum hazırlaması” ilə bağlı rəsmi versiyanın təbliği üçün də istifadə oluna bilər.

Noyabr ayında Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov regionun Ukrayna ilə sərhədində beton bloklardan “çəntik” adlanan müdafiə sisteminin inşasını elan edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ