Parisdə etirazçılar polisləri yandırdılar - video

Parisdə pensiya islahatına qarşı keçirilən nümayişdə etirazçılarla polis arasında toqquşma olub. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Fransa paytaxtının polis prefekturasından bildirilib ki, yürüş başlamazdan əvvəl bir neçə nəfər saxlanılıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istifadə oluna biləcək əşyaları müsadirə ediblər. Etirazçıların Respublika meydanından hərəkətə başlamasından dərhal sonra polislə toqquşmalar başlayıb.

Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və daş atırlar, ictimai nəqliyyatın dayanacaqlarını və bankların şüşələrini sındırır, zibil qutularını yandırırlar. 

Bundan əlavə, sosial şəbəkədə naməlum şəxslərin polis əməkdaşlarına molotov kokteyli atdığını göstərən görüntülər yayılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ