Dronlar Sevastopola hücum etdi - video

Aprelin 29-na keçən gecə Sevastopolda neft bazası yanıb. Rusiya tərəfindən ilhaq edilmiş şəhərinin qubernatoru Mixail Razvojayev bildirib ki, yanğın PUA-ların hücumundan sonra baş verib.

“Manqanariqardaşları küçəsində yanacaq çəni yanır. Xüsusi xidmət orqanları hadisə yerində işləyir”, - qubernator Telegram kanalında yazıb.

O həmçinin əlavə edib ki, yanğın sahəsi 1000 kvadratmetrə yaxın olub. Razvojayevin sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb.

“Yanacağın həcmi böyük olduğundan, yanğının lokallaşdırılması üçün vaxt lazımdır”, - qubernator əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ