Türkiyə təyyarəsi Sudanda atəşə tutulub

Sudanda Türkiyə təyyarəsi atəşə tutulub, bir ekipaj üzvü yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xarici vətəndaşları təxliyə etmək üçün Sudana gələn Türkiyə təyyarəsi çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) tərəfindən atəşə tutulub.

Bildirilir ki, atışma Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş zamanı baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ