Aprelin 28-nə keçən gecə Rusiya qoşunları Dnepropetrovsk və Çerkassi vilayətlərinə, həmçinin Kiyev vilayətinə raket hücumu həyata keçirib.
Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Dneprdə atəş nəticəsində şəxsi ev dağıdılıb, iki yaşlı qız və 31 yaşlı qadın həlak olub.
Çerkassı vilayətinin başçısı İqor Taburetsin sözlərinə görə, Umanda 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Kiyev istiqamətində atılmış bütün raketlər vurulub. Lakin onlardan birinin qalıqları Kiyev vilayətinin Ukrainka şəhərində yaşayış binasının üzərinə düşüb, nəticəsdə yanğın baş verib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Uman şəhərinə raket hücumunun daha bir qurbanı xəstəxanada ölüb. Beləliklə, saat 08:55-ə olan məlumata görə, altı nəfər ölüb, 17 nəfər isə yaralanıb.