Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti ilə əlaqədar iştirak etməli olduğu bir sıra tədbirləri ləğv edib. Bu barədə Ərdoğan özünün “Twitter” səhifəsində yazıb. Bir gün əvvəl prezident televiziyanın canlı yayımı zamanı özünü pis edib.
Ərdoğan bildirib ki, həkimlərin təkidi ilə bütün günü evdə keçirəcək. O əlavə edib ki, qarşıdan gələn tədbirlərdə Türkiyənin vitse-prezidenti Fuat Oktay onu əvəz edəcək.
Daha sonra Türkiyənin hakim partiyasının nümayəndəsi Erkan Candemir “Twitter” hesabında Ərdoğanın Akkuyu Atom Elektrik Stansiyasına nüvə yanacağının çatdırılması ilə bağlı mərasimdə şəxsən iştirak etməyəcəyini, bunun əvəzinə videoformat şəklində tədbirə qatılacağını yazıb. Kandemir həmçinin bildirib ki, prezidentin iştirakı ilə cümə axşamı keçirilməsi planlaşdırılan mitinqin başqa tarixə keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, aprelin 25-də Ərdoğan yerli telekanallardan birinə canlı yayımda özünü pis hiss edib. Veriliş dayandırılıb və bərpa olunduqdan sonra prezident tamaşaçılardan üzr istəyib, baş verənləri seçki kampaniyası ilə əlaqədar soyuqladığını və işin çox olması ilə izah edib.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.