Türkiyə Ermənistana xəbərdarlıq etdi

Türkiyənin Xarici İşlər Nazirliyi İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyib. Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu hadisənin erməni mətbuatında işıqlandırılması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqlənməmiş şərhi bəzi fikirlərdə hələ də qalmaqdadır”.

Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, mənfi təsir göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ